Quba Olimpiya İdman Kompleksində “Quba - İdman Paytaxtı 2024” çərçivəsində gimnastika idman növü üzrə nümunəvi çıxışlar keçirilmişdir.

Rekord.az xəbər verir ki, çıxışlar zamanı müxtəlif yaş kateoriyalı idmançılar gimnastika hərəkətlərini yerinə yetirmişdir.

Məşqlərin keçirilməsində məqsəd uşaqların, yeniyetmələrin idmana, gimnastikaya marağının artırılması, sağlamlığının gücləndirilməsidir.