Qubada “İdman Həftəsi” çərçivəsində tədbir
- 01 Mar 2023 10:30
- 466
Quba rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 27 fevral-5 mart “İdman Həftəsi” çərçivəsində "5 mart- Bədən tərbiyəsi və İdman günü"nə həsr edilmiş rayonun Kikboksinq idman bölməsində yeniyetmə və gənc idmançılarla görüş keçirilib.
Rekord.az xəbər verir ki, tədbirin açılışında Quba rayon Gənclər və İdman idarəsinin rəisi Mustafa Nöhbalayev ölkədə aparılan məqsədyönlü idman strategiyasından söz açaraq, müstəqillik əldə edildikdən sonra zaman-zaman təşkil olunan müxtəlif beynəlxalq yarışlarda, olimpiya oyunlarında və digər idman tədbirlərində idmançılarımızın əldə etdiyi yüksək nailiyyətlərindən danışıb, idmançıları "5 mart- Bədən tərbiyəsi və İdman günü" münasibətilə təbrik edib.
Daha sonra idmançıların iştirakı ilə müxtəlif nümunəvi çıxışlar təqdim edilib, bir sıra mötəbər yarışlarda uğur qazanmış bir neçə idmançı və məşqçi müəllimlər idarə tərəfindən diplomlarla təltif edilib.