Qubada "Şahin" hərbi-idman oyununun rayon birinciliklərinə start verilib.

Rekord.az xəbər verir ki, oyunun məqsədi ümumtəhsil müəssisələrinin VIII və X siniflərində təhsil alan şagirdlərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasıdır.

“Şahin" hərbi-idman oyunu 1996-cı ildən başlayaraq Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə qərarına əsasən həyata keçirilən ilk kütləvi hərbi-idman oyunudur.

3-16 aprel tarixləri aralığında Azərbaycanın bütün şəhər və rayonlarını əhatə etməklə keçirilən rayon birinciliklərində 25 mindən çox məktəbli mübarizə aparır.