Qubada taekvando üzrə kütləvi idman tədbiri
- 17 İyn 2024 10:00
- 198
Quba Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində taekvondo idman üzrə kütləvi idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə məşqçi-müəllim Elşən Vəlibəyov və 30 nəfər idmançı iştirak edib.
Tədbirin keçirilməsində məqsəd uşaq və yeniyetmələr arasında taekvondo idman növünə marağının artırılması və rayonda inkişaf etdirilməsidir.