![photo](https://www.rekord.az/storage/news/2025_02_13/5958c311_36d6_332b_a53c_942254263ec1_850_1739470367.jpg)
Quluzadədən Türkiyədəki beynəlxalq turnirində bürünc medal
- 13 Fev 2025 22:00
- 34
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində bürünc medal qazanıb.
Rekord.az xəbər verir ki, U17 kateqoriyasında yarışan Onur inamlı çıxışı sayəsində yarımfinala yüksəlsə də bu mərhələdə dünya birinciliyinin mükafatçısı Benyamin Faraciyə (İran) 2:3 hesabı ilə uduzaraq üçüncü yerlə kifayətlənib.
Qeyd edək ki, Onur Quluzadə ilə Yağmur Məmmədli sabah U15 kateqoriyasının qarışıq-qoşa mübarizəsində final görüşunə çıxacaq.
Nevşehirdə keçirilən yarışa fevralın 15-də yekun vurulacaq.