"Turan Tovuz"un yeni baş məşqçisi Qurban Berdiyev köməkçilərini də özü ilə gətirib.

Rekord.az xəbər verir ki, onlar da çərşənbə axşamı Bakıda olacaq.

Buna baxmayaraq, Berdiyevin məşqçilər korpusunda bir nəfər azərbaycanlı məşqçi də olacaq. Bu, "Turan Tovuz" rəhbərliyinin təklifi olub, Berdiyev də qəbul edib.