Türkiyənin “Qalatasaray” klubu ilə xeyriyyə oyunu keçirəcək “Qarabağ”ın bu matçdan öncə mediaya açıq məşqi və baş məşqçi Qurban Qurbanovun brifinqi nəzərdə tutulub.

Rekord.az xəbər verir ki, martın 25-də saat 16:45-də Bakı Olimpiya Stadionunda baş məşqçi Qurban Qurbanovun brifinqi keçiriləcək.

Saat 17:00-da isə komandanın mediaya açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Xatırladaq ki, qarşılaşma martın 26-da saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.