Qurban Qurbanov: “Yorğunluq öz sözünü dedi”
- 01 Noy 2019 22:30
- 882
“Çətin və maraqlı oyun oldu. Meydanda xeyli mübarizə gördük. Bir xal bizim üçün lazım idi. Rəqib istəkli oynadı. Futbolçularımızdan razı qaldım".
Rekord.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçi Qurban Qurbanov Premyer Liqanın X turundan səfərdə "Neftçi" ilə qolsuz bərabərlikdən sonra söyləyib.
47 yaşlı mütəxəssisin sözlərinə görə, bu matçda komandası yaxşı mübarizə aparıb: "Son 10 gündə 3-cü oyunumuzdur, istər-istəməz yorğunluq vardı. Lakin "Neftçi" də istəkli idi, qələbə qazanıb xal fərqini azaltmaq istəyirdilər. İkinci hissədə yorğunluq öz sözünü dedi".
Qurbanov Xayme Romeronun sabahdan komanda ilə tam şəkildə məşqlərə başlayacağını bildirib. O, ispaniyalı yarımmüdafiəçinin APOEL ilə Kiprdəki Avropa Liqası matçında "18-lik"də yer alacağını bildirib.
Baş məşqçi oyunun sonlarında əzəlisini dartan Mahir Emrelinin zədəsinin ciddi ola biləcəyini vurğulayıb.
Qurbanov APOEL-in baş məşqçisi Tomas Dollun istefa verməsinə də münasibət bildirib: "İstefası qəbul olundumu? Xəbərim yoxdu. Dəyişiklik olanda, komanda daha yığcam olur. Bu barədə qəti düşünmürük. Əsas öz hazırlığımızdı". (matc.az)