“Qarabağ” Azərbaycan Premyer Liqasının 8-ci turunda “Qəbələ”nin qonağı olacaq.

Rekord.az xəbər verir ki, Ağdam klubu oyunun iştirak ərizəsinə Araz Abdullayevin adını daxil etməyib.

27 yaşlı yarımmüdafiəçi ötən gün bahalı idman avtomobilini sürətlə sürüb, etdiyi tryukları “Instagram”da paylaşıb. 

Arazın bu əməli mətbuatda xoş qarşılanmamışdı. 

Millinin üzvü onu tənqid edən azarkeşlərdən birinə bu cavabı yazmışdı: “Burda qəbahət yoxdur. Boş yoldur. 2-3 dəqiqəlik əyləncə üçün dostum çəkdi”.

Çoxlu tənqidlərdən sonra o, bu gün həmin paylaşımı silib.

Komandanın baş məşqçisi Qurban Qurbanov Abdullayevi “Qəbələ” ilə oyunun iştirak ərizəsinə daxil etməyib. Onun hansı müddətə əsas komandadan uzaqlaşdırıldığı bəlli deyil. (Sportal)