Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında badminton idman növü üzrə nümunəvi çıxışlar keçirilmişdir.

Rekord.az xəbər verir ki, məşqçi-müəllim Vahid Quliyevin rəhbərliyi altında keçirilən tədbirdə Qusar rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları və 25 nəfər idmançı iştirak edib.

Tədbirin keçirilməsində məqsəd uşaq və yeniyetmələr arasında badminton idman növünə marağın artırılması və rayonda inkişaf etdirilməsidir