Qusarda ciu-citsu üzrə kütləvi idman tədbiri
- 08 İyl 2024 09:00
- 179
Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində uşaq və yeniyetmələr arasında ciu-citsu idman növü üzrə kütləvi idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, məşqçi-müəllim Elmar Niftəliyevin rəhbərlik etdiyi tədbirdə 35 nəfər idmançı və Qusar rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd uşaq və yeniyetmə arasında bu idman növünə marağının artırılması və rayonda inkişaf etdirilməsidir.