Qusarda cüdo üzrə kütləvi idman tədbiri keçirilib
- 27 İyl 2024 11:30
- 264
Qusar şəhər güləş zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo idman növü üzrə kütləvi idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Qusar rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, UGİŞM-nin direktoru, məktəbinin cüdo idman növü üzrə məşqçi-müəllimlər və 50 nəfərə yaxın idmançı iştirak edib.
Tədbirin keçirilməsində məqsəd uşaq, yeniyetmə və gənclər arasında cüdo idman növünə marağının artırılması və rayonda inkişaf etdirilməsidir.