Qusarda daha bir idman tədbiri keçirilib
- 15 İyn 2024 12:45
- 233
Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində yeniyetmələr və gənclər arasında fitnes idman növü üzrə kütləvi idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Qusar rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, məşqçi müəllim və 20 nəfər idmançı iştirak etmişdir.
Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin arasında bu idman növünə marağının artırılmasıdır.