Qusar şəhər 3 saylı tam orta məktəbində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində dama idman növü üzrə təlim məşqlər keçirilmişdir.

Rekord.az xəbər verir ki, məktəbin fiziki tərbiyə müəlliməsi Zemfira Butayevanın iştirakı ilə keçirilmiş dama üzrə təlim məşqlərdə 30 nəfər iştirakçı və məşqçi-müəllimlər iştirak etmişlər.

Təlimlərin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin bu idman növünə marağının artırılmasıdır.