Qusarda "Gimnastika hamı üçün" təlim-məşqləri keçirilmişdir
- 03 Noy 2023 11:43
- 308
Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində "Gimnastika hamı üçün" təlim-məşqləri keçirilmişdir.
Rekord.az xəbər verir ki, gimnastika idman növü üzrə məşqçi müəlliməsi Fatimə Qurbanovanın rəhbərliyi ilə keçirilmiş təlim məşqlərdə 15 nəfər gimnast iştirak etmişdir.
Təlim məşqlərin keçirilməsində məqsəd uşaq və yeniyetmələr arasında bu idman növünə marağının artırılması və inkişaf etdirilməsidir.