Qusarda qızlar arasında fitnes üzrə kütləvi tədbir
- 08 İyl 2024 08:33
- 242
Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində qızlar arasında fitnes idman növü üzrə kütləvi idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Qusar rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, məşqçi-müəllim və 35 nəfər idmançı iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənc qızlar arasında bu idman növünə marağının artırılmasıdır.