Qusar şəhər Simurq Kulturologiya Mərkəzində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş şahmat idman növü üzrə Qusar rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir iki, yarışlar 3 qrup üzrə - 8 yaşadək oğlanlar, 16 yaşadək oğlanlar, 16 yaşadək qızlar və əlavə olaraq 6 yaşadək kiçik yaşlı şahmatçılar arasında keçirilmişdir.

Rayon birinciliyində Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov, sektorunun əməkdaşları, Simurq Kulturologiya Mərkəzinin rəhbəri Naira Babayeva, məşqçi-müəllim Daim Ağalarov və 30 nəfər idmançı iştirak etmişdir.

Sonda qalib gəlmiş idmançılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları, məşqçi-müəllim Daim Ağalarov isə Azərbaycan idmanını respublika və beynəlxalq arnalarda layiqincə təmsil etdiyinə, şahmat idman növü üzrə əldə etdiyi yüksək nailiyyətlərə görə fəxri fərmanı ilə təltif edilmişdir.