Qvardiola yaxşı məşqçi olsa da yaxşı sürücü deyil: 540 minlik ziyan
- 13 Yan 2020 15:22
- 697
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola işini yaxşı görsə də, avtomobili çox pis idarə edir.
Cempion.az xəbər verir ki, 48 yaşlı mütəxəssis indiyə qədər İngiltərədə çoxlu sayda yüngül qəzalar keçirib.
O, ümumilikdə avtomobil sahiblərini yüngül ziyana salıb. Həmin maşınların ümumi dəyəri 540 min avro dəyərləndirilir. Avtomobillər "Mercedes GL" (94 min), "Range Rover" (176.5 min), "Bentley GTX700" (235 min) və "Mini Cooper" (35 min) olub.