Bu yay "Yuventus"dan ayrılan Adrien Rabyonun yeni klubu məlum olub.

Rekord.az xəbər verir ki, fransalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

Marsel “Olimpik"i Rabyo ilə razılaşdıqlarını açıqlayıb. 29 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.

Fransa millisinin üzvü "Mançester Siti" və PSJ-də də çıxış edib.