Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev bu gün növbəti döyüşünü keçirəcək.

Rekord.az xəbər verir ki, 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı peşəkarların mübarizə apardığı "Karate Combat"da 4-cü sınağına çıxacaq.

Ağır çəki dərəcəsində çıxış edən idmançımız titul döyüşündə qüvvəsini sınayacaq. 37 yaşlı idmançı ABŞ təmsilçisi Raymond Danielslə üz-üzə gələcək.

“Karate Combat 37” çərçivəsindəki döyüş ABŞ-ın Florida ştatında təşkil olunacaq. Qarşılaşmadan bir gün əvvəl idmançıların iştirakı ilə çəki mərasimi keçirilib.

Xatırladaq ki, ilk dəfə 2018-ci ildə "Karate Combat" turnirində çıxış edən Rafael keçirdiyi üç döyüşün hamısında qalib gəlib.