Rafael Ağayev Dövlət Gömrük Xidmətində iş istəyir: “36 yaşım var, bəs nə vaxt işləyəcəm?” VİDEO
- 20 Dek 2021 15:20
- 891
Karate üzrə beşqat dünya çempionu karyerasını bitirdikdən sonra dövlət işində işləmək istəyir.
Rekord.az-ın xəbərinə görə, o, bu barədə “Motivator” layihəsinin qonağı olarkən danışıb:
“Gömrükdən mənə gələn qonorar (“Qəbələ” klubunun üzvü kimi – red.) 480 manatdır. Artıq 36 yaşım var. Karyera bir yerə qədərdir. Atamın arzusu dövlət işində çalışmağım olub. İstərdim ki, Bakı Gömrüyündə və ya hansısa sistem işində olum”.
Qeyd edək ki, Rafael Ağayev Tokio Olimpiadasından sonra karyerasını 2025-ci ildə - Paris Olimpiadasından sonra bitirəcəyini açıqlamışdı. Lakin karatenin Olimpiya proqramından çıxarılmasından sonra onun yaxınlarda karyerasını başa vuracağı gözlənilir.