Rahil yoxlama oyununda bir hissə oynadı
- 17:00
- 40
Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi “Radomyak” qış təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçına çıxıb.
Rekord.az xəbər verir ki, Ekstraklassa təmsilçisi Polşanın birinci liqasında çıxış edən "Zniç"lə qarşılaşıb.
Qarşılaşma qolsuz yekunlaşıb – 0:0. Rahil bu matçın ikinci hissəsində meydana buraxılıb.
Rahilin komandası Pola çempionatında 18 turdan sonra 20 xalla 12-ci pillədədir.