
Rahilsiz qələbə
- 23 Fev 2025 14:00
- 65
Azərbaycan millisinin üzvü Rahil Məmmədovun çıxış etdiyi “Radomyak” növbəti matçına çıxıb.
Rekord.az xəbər verir ki, sözügedən komanda Polşa çempionatının 22-ci turunda evdə “Legiya” ilə üz-üzə gəlib.
“Radomyak” bu görüşdə 3:1 hesablı qələbə qazanıb. 29 yaşlı azərbaycanlı müdafiəçi sonadək ehtiyatda qalıb.
Rahilin komandası hazırda turnir cədvəlində 24 xalla 13-cüdür.