Ramazanov “Zirə”ni 1600 manat ziyana saldı
- 11 Fev 2020 13:20
- 729
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Sumqayıt” – “Zirə” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Zirə”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Zirə”nin futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. “Zirə”nin futbolçusu Ağabala Ramazanov birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub.