Ramil Şeydayev “Dinamo”dan getdi - RƏSMİ
- 09 Yan 2020 21:00
- 956
Rusiyanın “Dinamo” klubu Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə yolları ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər bu ilin yayına qədər olan müqaviləni qarşılıqlı razılıq əsasında ləğv ediblər. Klub Şeydayevə təşəkkürünü bildirib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, 23 yaşlı futbolçumuz ötən ilin yayında digər Premyer Liqa təmsilçisi "Krılya Sovetov"dan “Dinamo”ya keçmişdi. O, paytaxt təmsilçisində 9 oyun keçirib (8 Premyer Liqa, 1 kubok) və qol vura bilməyib.
Azərbaycanlı forvardın yenidən “Krılya Sovetov”a qayıdacağı barədə xəbərlər var.