Moskvanın “Dinamo” klubunun milli komandamızın hücumçusu Ramil Şeydayevlə müqaviləni ləğv etməsi futbolçunu narazı salıb.

Rekord.az xəbərinə görə, “Sport-ekspress” qəzeti yazıb ki, futbolçunun yaxınları Ramilin hələ daha yarım il – müqaviləsinin müddəti başa çatana qədər “Dinamo”da oynayacağını nəzərdə tutubmuş.

Bu məsələ ilə əlaqədar Rusiya Futbol İttifaqının Mübahisəli Məsələlər üzrə Palatasına müraciət ediləcəyi istisna olunmur.

Amma qəzet yazıb ki, “Dinamo” hüquqi tərəfdən öz mövqeyini qoruyacağına əmindir. “Çünki futbolçu kluba keçəndə müqavilənin 2020-ci ilin yanvarın 15-nə qədər ləğvinin mümkünlüyünə dair razılıq da olub” – deyə qəzet bildirib.

Xatırladaq ki, bu gün “Dinamo” rəsmən R.Şeydayevlə müqavilənin ləğv olunduğunu açıqlayıb.