Ramin Musayev: "Ən pis ehtimalı nəzərə alaraq, çempionatın ləğv oluna biləcəyini demişəm"
- 03 Apr 2020 22:08
- 667
"UEFA, Avropa Klublar Asossiyasiyası və Avopa Liqalarının (Avropa Peşəkar Futbol Liqalarının) birgə imzaladığı məktubla tanışam. Bu gün Azərbaycan çempionatı ilə bağlı hansısa qərara qəbul edilməyib və hansı qərarın qəbul olunacağını da indidən demək mükün deyil."
Rekord.az xəbər verir ki, bunu, sportline.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
PFL prezidenti bildirib ki, çempionatı sona çatdırmaq niyyətindədirlər: "Bu ən başlıca məqsəddi. Mən ən pis ehtimalı nəzərə alaraq, çempionatın ləğv oluna biləcəyini ehtimal etmişəm. Ehtimallar üzərindən isə qərar verə bilmərik. Bildiyiniz kimi, Gənclər İdman Nazirliyi tərəfindən stadionların və bütün idman qurğularının istifadəsi dayandırılıb, eyni zamanda Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejimi elan edilib. Hər şey xüsusi karantin rejiminin nə zaman sona çatmasının ardından məlum olacaq. Karantin rejimi bitdikdən sonra komanlarımızın rəhbərliyi və ya baş məşqçiləri ilə görüş keçiriləcək. Görüş zamanı onlarla, komandanı hazır vəziyyətə gətirmək üçün nə qədər zamanın lazım olduğu müzakirə ediləcək. Bundan sonra, çempionatın bərpa olunma vaxtını müəyyənləşdirə bilərik. İndiki vaxta hamıdan evdə qalmağı və Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tələb və tövsiyələrini yerinə yetirməyi xahiş edirik”.