Ramin Quliyev: “Rəqibin azlıqda qalması matçın qırılma anı idi”
- 23 Noy 2019 17:56
- 974
“Sabah”ın məşqçisi Ramin Quliyev Premyer Liqanın 12-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“İki fərqli hissə izlədik. İkinci yarıda hər bir kollektivin qələbə qazanmaq şansı oldu. Matçın qırılma anı rəqibin azlıqda qalması və bizim dəyişiklik etməyimiz idi. Bizdə olan mərkəz hücumçuları Rocer Roxas və Ulise Diallo eyni səviyyədədi. Roxas çox şans qazana bilmirdi. Bu dəfə məşqdə özünü göstərdi və əsas heyətə düşmək şansı əldə etdi. Hər əvəzetmədə baş məşqçi ilə məsləhətləşirik. Məşqlərdə Dialloya deyirdik ki, hücumçusan, hər şeyə hazır olmalısan. Təşəkkür əlaməti olaraq qoldan sonra mənə yaxınlaşdı".