Ramos heç kimin arzulamadığı formada tarixə düşdü
- 27 Fev 2020 20:00
- 787
"Real"ın futbolçusu Serxio Ramos Çempionlar Liqasının tarixində ən çox qırmızı vərəqə alan oyunçular sırasına daxil olub.
Rekord.az xəbər verir ki, ispan müdafiəçi son olaraq Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə ilk matçda (1:2) birbaşa qırmızı vərəqə görüb.
Bununla da, o, ÇL-də 4 qırmızı vərəqə alan Zlatan İbrahimoviç və Edqar Davidsin rekordunu təkrarlayıb.
Bundan başqa, Ramos ÇL-də birbaşa üç qırmızı vərəqə alan ilk oyunçu olub.