Ramos: "Ronaldo və Messi üçün ayrıca "Qızıl top" təşkil edə bilərlər"
- 10 Dek 2019 21:18
- 758
“Real”ın kapitanı Serxio Ramos “Qızıl top” mükafatı haqda danışıb.
Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi mükafatın həmişə Lionel Messi və Kriştiano Ronaldoya verilməsinin tərəfdarı olmadığını deyib.
“Ronaldo və Messini göstərdikləri nəticələrdən asılı olmayaraq təltif etmək üçün ayrıca “Qızıl top” təşkil edə bilərlər. Digərlərinə isə başqa bir “Qızıl top” verin. Bu, futbol üçün daha yaxşı olardı” - deyə Ramos gülərək bildirib.
Qeyd edək ki, sözügedən mükafata L.Messi bu il 6-cı dəfə layiq görülüb