Madrid “Real”ının kapitanı Serxio Ramos nümunəvi addımı ilə diqqət mərkəzinə düşüb.

Rekord.az xəbər verir ki, ispaniyalı müdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, 264 571 maska, 15 min test və 1000 qoruyucu geyim dəsti alıb. O, bu işi UNİCEF-in dəstəyi ilə gördüyünü də bildirib. Ramosun sözlərinə görə, bütün bu ləvazimatlar martın 27-də İspaniyaya çatdırılacaq.

UNICEF da bu barədə rəsmi açıqlama yayıb və bu yardımı üçün Ramosa təşəkkür edib.

Qeyd edək ki, İspaniya Avropada İtaliyadan sonra koronavirus qurbanlarının sayına görə ikinci yerdədir.