Rayan Giqqs: "Azərbaycan bizi ikinci ölkəmiz kimi qəbul edə bilər"
- 02 Dek 2019 16:27
- 801
AÇ-2020-nin iki oyununu Bakıda keçirəcək Uels yığmasının baş məşqçisi Rayan Giqqz Britaniya mətbuatına açıqlama verib.
Rekord.az xəbər verir ki, qitə çempionatının noyabrın 16-da Azərbaycan yığması ilə keçirdikləri seçmə mərhələ görüşlərini yada salan 46 yaşlı mütəxəssis yayda start götürəcək birincilikdə İsveçrə və Türkiyə ilə Bakıda qarşılaşacaqlarından danışıb.
"Havanın temperaturundan və şəraitdən asılı olmayaraq, biz Bakıda qalacağıq, oyunlarımızı orada keçirəcəyik. Azərbaycanın idman obyektləri ilə tanış olacağıq. Bakıda olduğumuz zaman bir çox obyektin, gözəlliklərin şahidi olmuşduq. Belə demək mümkünsə, bu iki görüşdə Azərbaycan bizi ikinci ölkəmiz kimi qəbul edə bilər".
Uels yığması Bakıda iyunun 13-də İsveçrə, 17-də Türkiyə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq. İtaliya ilə görüşlərini isə iyunun 21-də "Olimpiko" stadionunda keçirəcəklər.