Rayan Giqs: "Azərbayanla oyunda mütləq qalib gəlməliyik"
- 15 Okt 2019 16:00
- 830
"Biz qrupda geridönüş edərək, xarakter göstərdik, düşdüyümüz vəziyyətdən qorxmadıq. Futbolçularımla çox vaxt keçirmirəm. Amma meydanda göstərdikləri keyfiyyət məni təəccübləndirmir. Çünki məşqlərdə gördüklərimi edirlər".
Rekord.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Uels millisinin baş məşqçisi Rayan Qiqqz Avro-2020-nin seçmə mərhələsində yer aldıqları E qrupundakı vəziyyətləri haqda danışarkən deyib.
O, noyabrda qarşılaşacaqları Azərbaycan və Macarıstanla oyunların vacib olacağını vurğulayıb: "Bizə zərər vura biləcək iki komandaya - Slovakiya və Xorvatiyaya qarşı oynadıq. Qrupdakı son iki oyunda mütləq qalib gəlməliyik. Bu məqam bizim üçün həyati önəm daşıyır və qələbə çox vacibdir. Biz hər görüşdə qələbə qazanmalıyıq və Xorvatiyanın Slovakiyanı məğlub etməsinə ümid etməliyik. Təbii ki, bunun asan olmayacağını da bilirik".
Qeyd edək ki, Uels millisi növbəti oyununu noyabrın 16-ı Bakıda Azərbaycan millisinə qarşı keçirəcək.