
“Real” ÇL-də ilkə imza atdı
- 20 Fev 2025 14:00
- 87
"Real" UEFA Çempionlar Liqasında ardıcıl 22-ci dəfə 1/8 finala yüksələn ilk klub olub.
Rekord.az "Opta Sport"a istinadən xəbər verir ki, bu, yarışın pley-off mərhələsində İngiltərənin "Mançester Siti" klubu ilə oyunlardan sonra reallaşıb.
Madrid təmsilçisi sözügedən mərhələnin yarandığı 2003/2004 mövsümündən bəri bu göstəriciyə imza atan ilk komanda olub.
Pley-off mərhələsinin ilk matçında "Mançester Siti"ni 3:2 hesabı ilə məğlub edən "Real" cavab qarşılaşmasında da İngiltərə təmsilçisindən üstün olub - 3:1.