İspaniyanın “Real” klubu koronavirus pandemiyasına görə yaranmış böhranla əlaqədar maaşlarda endirim etmək məcburiyyətində qalıb.

Rekord.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, “Real”ın futbol və basketbol üzrə əsas komandalarının oyunçuları, məşqçiləri və digər çalışanlarının maaşında 10-20 faiz aralığında endirim tətbiq olunacaq. Bu qərar 2019/20 mövsümünün sonuna kimi qüvvədə olacaq.

Klub bəyan edib ki, oyunçular, məşqçilər və digər işçilər bu qərara razılıq veriblər.

Xatırladaq ki, İspaniyada daha öncə “Barselona”, “Atletiko”, “Sevilya” kimi nəhəng klublar da maaşlarda endirim etdiklərini açıqlamışdı.