“Real” “Milan”dan yarımmüdafiəçi Brahim Diası geri qaytarmağı düşünür.

Rekord.az xəbər verir ki, bu variant Marko Asensio “kral klubu”ndan ayrılacağı təqdirdə mümkün olacaq.

“Milan” Diası 2021-ci ilin iyulunda “Real”dan 2 illik icarəyə götürüb.

İtaliya klubunun 23 yaşlı ispaniyalını 22 milyon avroya almaq hüququ var. Lakin Madrid təmsilçisi futbolçunu 30 milyon avroya geri ala bilər.

Dias cari mövsümdə “Milan”ın heyətində 7 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.