“Real” Fransada, “Bayern” İngiltərədə məğlub oldu
- 03 Okt 2024 01:13
- 214
Bu gün Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turuna yekun vurulub.
Rekord.az xəbər verir ki, turun ikinci oyun günündə 9 matç baş tutub.
İlk oyundan sonra liderliyi ələ alan “Bayern” İngiltərədə “Aston Villa”nın qonağı olub və minimal hesabla uduzub.
Turnirin son qalibi “Real” isə Fransada “Lill”ə uduzub. Bu oyunda da qapılara 1 top vurulub.
“Atletiko” da “Benfika”ya böyük hesabla məğlub olub.
"Yuventus" isə 10 nəfərlə səfərdə "Leypsiq"ə səfərdə qalib gəlib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
2 oktyabr
Şaxtyor (Donetsk, Ukrayna) - Atalanta (İtaliya) 0:3
Qollar: Djimsiti, 21. Lukman, 44. Bellanova, 48.
Jirona (İspaniya) - Feyenoord (Niderland) 2:3
Qollar: D.Lopes, 19. Van de Bek, 73 – Y.Herrera, 23-öz qapısına. Milambo, 33. Kreyçi, 79-öz qapısına.
Liverpul (İngiltərə) - Bolonya (İtaliya) 2:0
Qollar: Makallister, 11. Salah, 75.
Leypsiq (Almaniya) - Yuventus (İtaliya) 2:3
Qollar: Şeşko, 30; 65-pen – Vlahoviç, 50; 68. Konseysao, 82.
Benfika (Portuqaliya) - Atletik (İspaniya) 4:0
Qollar: K.Aktürkoğlu, 13. Di Mariya, 52-pen. Bah, 75. O.Kökçü, 84-pen.
Dinamo (Zaqreb, Xorvatiya) - Monako (Fransa) 2:2
Qollar: Suçiç, 45+3. Baturina, 66 – Salisu, 74. Zakariya, 90-pen.
Lill (Fransa) - Real (İspaniya) 1:0
Qol: David, 45+3-pen.
Aston Villa (İngiltərə) - Bayern (Almaniya) 1:0
Qol: Duran, 79.
Şturm (Avstriya) – Brügge (Belçika) 0:1
Qol: Tsolis, 23.