“Real” karantin qaydalarını pozan futbolçuyla bağlı qərar verdi
- 21 Mar 2020 19:40
- 610
İspaniyanın “Real” klubu hücumçusu Luka Yoviçlə bağlı qərarını verib.
Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” cari mövsümün sonunda serbiyalı fuybolçu ilə yollarını ayıracaq.
Yoviçin komandadakı çıxışından razı olmayan klub rəhbərliyi, onun davranışından da narazıdı. Yoviç koronavirus pandemiyası səbəbiylə karantində olmasına baxmayaraq, təcrid qaydalarını pozub. Onun sevgilisi Andyela Manitaseviçin doğum gününə qatılmaq üçün Belqrada getməsi klub rəhbərliyinin qərarını qətiləşdirib.
22 yaşlı futbolçu ötən ilin yayından “Real”ın şərəfini qoruyur.