
“Real” Kurtuasız oynamalı olacaq
- 29 Mar 2025 15:40
- 92
“Real”ın qapıçısı Tibo Kurtua İspaniya çempionatının növbəti turunda keçiriləcək “Leqanes”lə oyunda iştirak etməyəcək.
Rekord.az xəbər verir ki, belçikalı qolkiper madridlilərin son məşqini buraxıb.
“Leqanes”lə matçda “kral klubu”nun qapısını ukraynalı qolkiper Andrey Lunin qoruyacaq. Qarşılaşma bu gün Madridin “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. Matçın start fiti saat 00:00-da çalınacaq.
Lunin İspaniya çempionatının cari mövsümündə 4 oyunda iştirak edib, onlardan ikisində qapısını toxunulmaz saxlaya bilib.