İspaniyanın "Real" klubu öz rekordunu yeniləyib.

Rekord.az xəbər verir ki, Madrid təmsilçisi La Liqada 21 matçda qol buraxmayıb.

"Kral klubu" son olaraq 38-ci turda "Betis"lə qolsuz heç-heçə edib.

Əvvəlki rekord 1986/1987, 1987/1988, 2019/2020 mövsümlərində olub. Həmin vaxtlarda komanda 19 görüşdə qapısını toxunulmaz saxlayıb.

La Liqada çempion olan "Real" cəmi bir dəfə məğlub olub.