"Real" Ramosu itirdi
- 23 Dek 2019 20:43
- 962
İspaniya La Liqasının 18-ci turunda "Atletik"lə qarşılaşan "Real" ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, kapitan Serxio Ramos cəzalı duruma düşüb.
Qarşılaşmanın 87-ci dəqiqəsində sarı vərəqə alan müdafiəçi limiti doldurub. Buna görə 33 yaşlı futbolçu 19-cu turda "Xetafe" ilə matçı buraxacaq.
Qeyd edək ki, Serxio Ramos "Real"ın heyətində keçirdiyi 628 oyunda 207 sarı, 7 qırmızı vərəqə alıb.