“Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq
- 17 Noy 2019 10:30
- 789
Kolumbiya millisinin düşərgəsində zədələnən “Real”ın futbolçusu Xames Rodriqesin durumuna aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Bu barədə AS nəşri məlumat yayıb. Xames “Real”ın Çempionlar Liqasında PSJ ilə qarşılaşacağı oyunda iştirak etməyəcək.
“Real” – PSJ matçı noyabrın 26-da keçiriləcək.
Xames bu mövsüm “Real”la 9 oyuna çıxıb və 1 qol vurub.