
“Real”da ciddi itki
- 16:20
- 44
"Real"ın almaniyalı müdafiəçisi Antonio Rudiger zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.
Rekord.az xəbər verir ki, Rudiger "Barselona" ilə Kral Kubokunun final matçının (2:3) 111-ci dəqiqəsində dizində problem yarandığı üçün əvəzlənib.
Madrid klubu futbolçunun sol dizindəki yan menisküsün cırılması səbəbindən bu gün əməliyyat olunduğunu açıqlayıb.
“Marca”nın məlumatına görə, Rudigerin sağalma müddəti 6-8 həftə aralığında olacaq.