"Real"dan ardıcıl 4-cü qələbə
- 07 Dek 2019 18:59
- 985
"Real" La Liqada növbəti oyuna çıxıb.
Rekord.az xəbər verir ki, Madrid klubu 16-cı turda "Espanyol"la qarşılaşıb. Matç Zinəddin Zidanın komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, "kral klubu" ölkə çempionatında ardıcıl 4-cü qələbəsini qazanıb.
"Real" - "Espanyol" - 2:0
Qollar: Varan, 37, Benzema, 79
Bu qələbə ilə xalını 34-ə çatdıran (15 oyun) "Real" turnir cədvəlində 1-ci pillədə qərarlaşıb. "Barselona" 31 xalla (14 oyun) 2-ci, "Sevilya" 30 xalla (15 oyun) 3-cüdür.