“Real” rəhbərliyi UEFA Çempionlar Liqasının 1/4 finalına yüksələn futbolçularını mükafatlandırmaq qərarına gəlib.


Rekord.az “RMC Sport”a istinadən xəbər verir ki, “kral klubu”nun hər bir oyunçusu “Atletiko”nu Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizədən kənarlaşdırmağa görə 250 min avro alıb.


Karlo Ançelottinin komandası turnirin 1/4 finalında “Arsenal”la qarşılaşacaq. İlk oyun aprelin 8-də, cavab qarşılaşması isə bir həftə sonra keçiriləcək.


Çempionlar Liqasının hazırkı qalibi “Real”dır. Madridlilər ötənilki finalda Dortmund “Borussiya”sını 2:0 hesabı ilə məğlub etmişdi.