“Real”dan Karvaxalla bağlı rəsmi açıqlama
- 06 Okt 2024 16:20
- 142
"Real" ötən gecə La Liqanın 9-cu turunda "Vilyarreal"la oyunda ağır zədə alan futbolçusu Dani Karvaxalın durumu ilə bağlı açıqlama yayıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, dizindən ciddi xəsarət alan müdafiəçinin əməliyyat olunacağı qeyd olunub:
“Klubun tibbi xidməti Dani Karvaxalı müayinə etdikdən sonra ona ön çarpaz, xarici bağın yırtılması, eyni zamanda sağ ayağının bud sümüyündə yırtılma diaqnozu qoyulub. O, yaxın günlərdə əməliyyat olunacaq”.
Matçın son dəqiqələrində rəqib futbolçu ilə toqquşan Karvaxal meydanı xərəkdə və göz yaşları içində tərk edib.