“Real”ın futbolçusu 19 yaşında karyerasını bitirdi
- 13 Noy 2024 15:40
- 82
Madrid "Real"ının yetirməsi Mark Kukalon karyerasını 19 yaşında bitirib.
Rekord.az xəbər verir ki, o, qərarını sosaial şəbəkə hesabında açıqlayıb.
Buna səbəb Kukalonun ciddi zədə alması olub. Mark 2022-ci ilin sentyabrında Gənclər Liqasının matçında zədələnib. Ona çarpaz bağın yırtığı diaqnozu qoyulub, həmçinin əməliyyat zamanı bakteriya oynağa düşərək nadir bir infeksiya yaradıb. Bakteriyanın yaratdığı fəsadlar üzündən, ispan futbolçu zədədən tam bərpa oluna bilməyib.