Futbol üzrə İspaniya kubokunda 1/8 final mərhələsinin püşkü atılıb.

Rekord.az xəbər verir ki, 1/16 finalda Madrid “Atletiko”sunu mübarizədən kənarlaşdıran “Leonesa” növbəti mərhələdə digər La Liqa təmsilçisi “Valensiya” ilə üz-üzə gələcək.

“Real” “Saraqosa”ya, “Barselona” isə “Leqanes”ə rəqib olub.

İspaniya kuboku
1/8 final

Leonesa - Valensiya
Badaxos - Qranada
Tenerife - Atletik
Saraqosa - Real
Mirandes - Sevilya
Rayo Valyekano - Vilyarreal
Barselona - Leqanes
Real Sosyedad - Osasuna