Rəcəb Tayyib Ərdoğan AÇ-2020 üçün Bakıya gələcək
- 16 Dek 2019 12:00
- 1183
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AÇ-2020-nin final mərhələsinin oyunlarını izləmək üçün Bakıya gələ bilər.
Rekord.az xəbər verir ki, Ərdoğan bu barədə ATV və “A Haber” telekanallarının ortaq yayımında bildirib. Dövlət başçısı bu məsələ ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevlə danışdığını deyib:
“Bu da qəribə işdir – İtaliya ilə başlayırıq. İtaliya öz evində oynayır. Bu, necə bir işdir? Bizim digər iki oyunumuz Bakıda keçiriləcək. Bakıdakı oyunlara getmək ehtimalım ola bilər. Romadakına isə getməyə bilərəm. Ancaq digər iki görüş Bakıda olacaq. İlham Əliyev qardaşımla da danışdım. Gözləyir. İnşallah, ora gedər, iki oyunu izləyər və qrupdan çıxarıq”.
AÇ-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda qarşılaşacaqlar. Görüş iyunun 13-də keçiriləcək.
İyulun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Bakıda təşkil olunacaq.