Rəcəbov Millətlər Kubokundakı çıxışından danışdı
- 08 May 2020 16:42
- 1012
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov Onlayn Millətlər Kubokundakı iştirakı ilə bağlı fikilərini bölüşüb.
Rekord.az xəbər verir ki, sosial şəbəkə hesabından təəssüratlarını bölüşən Rəcəbov, bunları bildirib:
“Gözəl oyunlar, çoxlu mübarizələr oldu. Uzun fasilədən sonra təzyiq var, vaxt idarəetməsi pisdir. Klassik şahmat rejimində oynayırıq, buna uyğunlaşmaq lazımdır. Praktika, praktika, praktika. 2021-ci ilə yaxın yenidən formada olacağıma ümid edirəm”.
Şahmatçı turnirdə hələ ki, qələbə qazana bilməyib.